...

Rusiya ciddi məsələlərdə Ermənistanın mövqeyində uyğunsuzluqlar görür - XİN

Siyasət Materials 12 Yanvar 2023 15:04 (UTC +04:00)

Bakı. Trend:

Rusiya regional təhlükəsizliklə bağlı ciddi məsələlərdə Ermənistanın mövqeyində uyğunsuzluqlar görür.

Trend-in məlumatına görə, bunu cümə axşamı həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova deyib.

"Biz Ermənistanın mövqeyində bir neçə nüansda və ya məqamda uyğunsuzluqlar görürük. Bir neçə belə səbəb və bu kimi mövzular ciddi mövzulardır. Biz təkcə Ermənistan üçün deyil, həm də ən ciddi məsələlərin qiymətləndirilməsində fərqlilik görürük. Biz ikitərəfli kanallarla çalışırıq ki, erməni tərəfi ilə, rəsmilərlə, müvafiq səlahiyyətlərə malik olan insanlarla onların hələ də hansı mövqedən çıxış etdiklərini aydınlaşdıraq",- Zaxarova qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti