Bakı. Trend:
Milli Məclisin deputatı Jalə Əliyeva parlamentdə ulu öndər Heydər Əliyevə həsr olunan dinləmələrin keçirilməsini təklif edib.
Trend-in məlumatına görə, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında J.Əliyeva ümummilli lider Heydər Əliyevin qadınların cəmiyyətdə önəmli mövqe tutması istiqamətində gördüyü işlərdən, xidmətlərindən danışıb.
O qeyd edib ki, ümummilli liderin xalq qarşısında xidmətləri əvəzsizdir.
“Ulu öndərin qadın siyasəti və qadınların cəmiyyətdə əhəmiyyətli mövqe tutmasında çoxsaylı xidmətləri var. Odur ki, təklif edirəm ki, komitənin yaz sessiyası müddətində keçiriləcək iclaslarda Heydər Əliyevə həsr olunan dinləmələr keçirilsin”, - deyə deputat bildirib.