...

“Azərbaycan Çinin “Bir kəmər – Bir yol” təşəbbüsünə ən fəal dəstək verən ölkələr sırasındadır - Soltan Məmmədov

Siyasət Materials 19 Yanvar 2023 17:27 (UTC +04:00)
“Azərbaycan Çinin “Bir kəmər – Bir yol” təşəbbüsünə ən fəal dəstək verən ölkələr sırasındadır - Soltan Məmmədov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Azərbaycan Çinin “Bir kəmər – Bir yol” təşəbbüsünə ən fəal dəstək verən ölkələrin sırasındadır. Yüksək səviyyəli siyasi münasibətlər bizim ölkələrimiz arasında əlaqələrin qarşılıqlı etimada əsaslandığını sübut edir”.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin Azərbaycan-Çin Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Soltan Məmmədov deyib. Deputat bildirib ki, Azərbaycan və Çin beynəlxalq təsisatlar çərçivəsində yaxından əməkdaşlıq edir, bu da iki ölkənin geosiyasi müstəvidə üst-üstə düşən maraqlarının mövcud olduğunu göstərir.

S.Məmmədov qeyd edib ki, “Bir kəmər – Bir yol” təşəbbüsü dünyanın iqtisadi, bir çox mənada həm də siyasi mənzərəsini dəyişə bilər. Bu isə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, əməkdaşlığın və inkişafın yeni formulunu yaratmağa imkan verəcək: “Olduqca mürəkkəb və bir çox hallarda ziddiyyətli xarakter daşıyan müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad ikitərəfli münasibətlərə əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biridir. Azərbaycanla Çin arasında belə bir etimad mövcuddur. Bu isə münasibətlərin perspektivinə nikbin baxmaq üçün əsas verir”.

Prezident İlham Əliyevin 2023-cü il 17 yanvar tarixində Davosda Çinin televiziya kanalına müsahibəsində Azərbaycan Xəzər dənizində ən böyük ticarət limanlarından birini inşa etdiyini vurğuladığını xatırladan deputat bildirib ki, bu, ölkəmizin “Bir kəmər, bir yol” təşəbbüsünə mühüm önəm verdiyini göstərir: Cənab Prezident də müsahibəsində qeyd etdi ki, qeyri-enerji sektoruna, infrastruktura, xüsusilə nəqliyyat infrastrukturuna, bərpaolunan enerji mənbələrinə yönəlmiş investisiyalar Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Bu kontekstdə Çinlə əməkdaşlığın inkişaf etdirilməsi hər iki tərəf üçün faydalı ola bilər”.

Soltan Məmmədov bildirib ki, Azərbaycanla Çin arasında mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə xidmət edən uğurlu addımlar atılıb. 2021-ci ilin oktyabr ayında Çində təşkil olunan Tayhu Dünya Mədəniyyət Forumu çərçivəsində “Azərbaycan mədəniyyətinə pəncərə” pavilyonunun açılışı çoxsaylı layihələrdən biri kimi qeyd oluna bilər. Əldə olunmuş razılığa əsasən, Azərbaycan pavilyonu uzunmüddətli əsasda fəaliyyət göstərir.

Deputat qeyd edib ki, Azərbaycan hər zaman “Vahid Çin” siyasəti ilə bağlı müzakirələrdə dəyişməz, aydın və ardıcıl mövqe nümayiş etdirib. Eyni zamanda, Çin tərəfi də müxtəlif beynəlxalq platformalarda Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti