...

Səfiriliyimizə qarşı terror İranın Azərbaycana düşmənçilik siyasətinin tərkib hissəsidir - Afət Həsənova

Siyasət Materials 27 Yanvar 2023 13:01 (UTC +04:00)
Səfiriliyimizə qarşı terror İranın Azərbaycana düşmənçilik siyasətinin tərkib hissəsidir - Afət Həsənova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Tehranda Azərbaycan səfiriliyində törədilən terror hadisəsi İranın Azərbaycana qarşı düşmənçilik siyasətinin tərkib hissəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, İranın Azərbaycana qarşı yürütdüyü düşmənçilik siyasəti belə bir terror hadisəsinin baş verəcəyinə zəmin yaradırdı. “İran televiziyaları və radioları davamlı şəkildə Azərbaycana qarşı düşmənçiliyi təbliğ edir. Bu bir daha onu göstərir ki, səfirlikdə baş verən terror hadisəsində İran dövlətinin əli var, çünki məlumdur ki, İran həmişə terror yuvası olub, terrora dəstək verən əsas ölkələrdən biridir. Səfirliyimizə qarşı törədilən terror hadisəsi bunu bir daha sübut etdi”, - deyə deputat bildirib.

A.Həsənova vurğulayıb ki, İran tərəfi Azərbaycan səfirliyinin etibarlı mühafizəsini təşkil etməli idi. “Lakin baş verən hadisə İranda heç bir səfirliyin, diplomatik nümayəndəliyin toxunulmazlığına zəmanət olmadığını göstərdi. Terror hadisəsini törədən şəxsin də İran xüsusi xidmət orqanları ilə bağlılığı istisna deyil”, - deyə deputat vurğulayıb.

A.Həsənova əlavə edib ki, İran tərəfi hadisənin məsuliyyətini üzərində atmaq, diqqəti əsas mahiyyətdən yayındırmaq üçün gülünc iddialar ortaya atır. “Guya ki, hadisə məişət zəmində baş verib. Əlbəttə ki, İran tərəfinin bu iddiası sadəcə gülünc doğurur. Hadisəni törədən şəxs Yasin Hüseynzadə İran vətəndaşıdır. Belə olan halda İran vətəndaşının məişət probleminin Azərbaycan səfirliyi ilə nə bağlantısı ola bilər?! Digər tərəfdən həmin ərazidə olan polis terrorun qarşısını almaq üçün heç bir cəhd göstərməyib və hazırda da hər hansı operativ addımların atılması müşahidə olunmur.

Fars-molla rejiminin ölkəmizə qarşı düşmənçilik siyasəti hər kəsə yaxşı məlumdur. İran heç zaman Azərbaycana dost ölkə olmayıb, əksinə düşmənlərimizlə bir yerdə olub. 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövrdə İran Azərbaycana qarşı düşmənçilik siyasətini açıq şəkildə biruzə verdi və bu gün törədilən terror hadisəsi də bunu bir daha sübut etdi”, - deyə deputat vurğulayıb.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti