...

Azərbaycan səfirliyində törədilən terror aktının arxasında İran hakimiyyəti durur - Komitə sədri

Siyasət Materials 30 Yanvar 2023 17:09 (UTC +04:00)
Azərbaycan səfirliyində törədilən terror aktının arxasında İran hakimiyyəti durur - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın İrandakı səfirliyində törədilən hadisə terror aktıdır və bu terror aktının arxasında İran hakimiyyəti durur, buna görə İran hakimiyyəti məsuliyyət daşıyır.

Trend-in məlumatına görə, bunu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İran hakimiyyətinin törətdiyi bu cinayətlə bağlı faktların ortada olması həmin cinayəti sifariş verənlərin və cinayətkarın cəzalandırılmasına gətirib çıxarmalıdır.

“Biz bu terroru qətiyyətlə pisləyirik. Dini komitə olaraq biz də bu terror aktını lənətləyirik, pisləyirik”, - deyə M.Qurbanlı bildirib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti