...

Azərbaycanda dini durum sabitdir - Mübariz Qurbanlı

Siyasət Materials 30 Yanvar 2023 17:25 (UTC +04:00)
Azərbaycanda dini durum sabitdir - Mübariz Qurbanlı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda dini durum sabitdir, bütün məsələlər tamamilə hüquq-mühafizə orqanlarının və Dini komitənin nəzarəti altındadır.

Trend-in məlumatına görə, bunu Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanın İrandakı səfirliyinə terror hücumunda şəhid olan Orxan Əsgərovun yas mərasimində jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, kimlərinsə din amilindən istifadə edib ölkədə ictimai-siyasi sabitliyi pozmaq cəhdi elə başlanğıcda məhvə məhkumdur.

“Azərbaycan tolerant ölkədir, multikultural ölkədir. Azərbaycan müxtəlif dinlərin harmonik şəkildə mövcud olduğu, tolerant və multikultural dəyərlərin yüksək səviyyədə təmin olunduğu bir ölkədir”, - deyə sədr qeyd edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti