...

Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənib

Siyasət Materials 1 Fevral 2023 11:07 (UTC +04:00)
Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənib
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisdə Azərbaycanın İrandakı səfirliyinə terror hücumu pislənib.

Trend-in məlumatına görə, iclası açıq elan edən Milli Məclisin sədri Sahibə Qafarova qeyd edib ki, Milli Məclis bu xain terror hücumuna münasibət bildirərək onu qəti şəkildə pisləyib və cinayətkarların tapılıb ən sərt şəkildə cəzalandırılmasını tələb edib.

O bildirib ki, Milli Məclisin deputatları da mətbuata açıqlamalarında bu terror hücumunu pisləyib.

Deputat Kamran Bayramov deyib ki, İrandakı səfirliyimizə hücum dövlətimizə və diplomatlarımıza qarşı terror hücum idi. “Terror zamanı və ondak sonrakı dövrdə İranın səhlənkarlığı və terrora məişət donu geyindirməyə çalışması hiddət doğurur.

Deputat Nizami Səfərov bildirib ki, Azərbaycan səfirliyinə terror hücumu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. “Beynəlxalq konvensiyaya görə, səfirliklərin və diplomatik nümayəndəliklərin qorunması yerləşmə dövlətin vəzifəsidir. İran bu vəzifəsini kobud şəkildə pozub”, - deyə N.Səfərov deyib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti