...

Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib

Siyasət Materials 1 Fevral 2023 19:46 (UTC +04:00)
Serbiya XİN Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib
Nəzrin Babayeva
Nəzrin Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Serbiya Azərbaycanın Tehrandakı səfirliyinə törədilən terror aktını qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir.

Bu barədə çərşənbə günü Trend-ə Serbiyanın Xarici İşlər Nazirliyindəki (XİN) mənbə məlumat verib.

“1961-ci il diplomatik münasibətlər haqqında Vyana Konvensiyasını imzalayan Serbiya Respublikası diplomatik və konsulluq nümayəndəliklərinin binalarının toxunulmazlığına hər hansı təcavüzü qətiyyətlə pisləyir və qəbuledilməz hesab edir”, - mənbə bildirib.

Serbiya XİN Tehrandakı səfirlikdə törədilən terror aktı ilə əlaqədar Azərbaycana səmimi başsağlığı verib.

"Azərbaycanın Tehrandakı səfirliyinə qarşı dəhşətli hücumun törədilməsi, nəticədə səfirliyin təhlükəsizlik xidmətinin rəhbərinin xidməti vəzifəsini yerinə yetirərkən həlak olması, daha iki təhlükəsizlik əməkdaşının yaralanması barədə xəbər bizi dərindən kədərləndirdi", - Serbiyanın XİN-in sözçüsü əlavə edib.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Hazırda hadisənin istintaqı aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti