...

Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb

Siyasət Materials 6 Fevral 2023 15:10 (UTC +04:00)
Prezident İlham Əliyev: Türkiyədə zəlzələ nəticəsində insan tələfatı barədə xəbər Azərbaycanı sarsıdıb

Bakı. Trend:

Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər Azərbaycanı çox sarsıtdı və kədərləndirdi.

Trend xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev türkiyə Prezidenti Rəcəb tayyib Ərdoğanla telefon danışığı zamanı söyləyib.

Dövlətimizin başçısı həlak olanlarla bağlı başsağlığı verib, yaralananların tezliklə şəfa tapmasını diləyib.

Azərbaycan Prezidenti qeyd edib ki, bu, böyük fəlakətdir və ölkəmiz Türkiyənin bu dərdinə şərik çıxır, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti