...

“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub (ФОТО)

Siyasət Materials 8 Fevral 2023 16:15 (UTC +04:00)
“Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılışı olub (ФОТО)

Bakı. Trend:

Quru Qoşunlarının hazırlıq planına uyğun olaraq “Gizirlərin zabit vəzifələrinə hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə nazirinin müavini - Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev çıxış edərək gənc zabitləri salamlayıb, məzunları kursu uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara gələcək xidmətlərində uğurlar arzulayıb.

Quru Qoşunların komandanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində qazanılan Zəfərdən, eləcə də müharibədən sonrakı illərdə düşmən təxribatlarının qarşısını almaq məqsədilə aparılan hərbi əməliyyatlarda əldə etdiyimiz uğurlardan danışıb, məzunlara Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmağı tövsiyə edib.

Tədbirdə çıxış edənlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib və göstərilən etimadı xidməti fəaliyyətlərində doğruldacaqlarına söz veriblər.
Sonra yaş kötüyünə xatirə emblemi vurulub, hərbi qulluqçulara sertifikatlar təqdim olunub. Kursun təşkilində fərqlənən təlim rəhbərləri və məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti