...

Üçtərəfli bəyanatın bütün bəndlərinin qeyd-şərtsiz yerinə yetirilməsi zərurətdir - Sahibə Qafarova

Siyasət Materials 7 Mart 2023 12:07 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Erməni silahlı birləşmələri tərəfindən qanunsuz istifadə edilən Xankəndi-Xəlfəli-Turşsu yolunda martın 5-də təxribat törədilib.

Bu hadisə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanatının bütün bəndlərinin tamamilə və qeyd-şərtsiz yerinə yetirilməsi zərurətini bir daha göstərir.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, bu təxribatın qarşısının alınması zamanı bizim iki əsgərimiz şəhid olub. Yaralanan hərbçimiz var. “Allah şəhidlərimizə rəhmət eləsin. Yaralanan hərbi qulluqçumuza da şəfa diləyirik”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti