...

Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm - ÜST-nin baş direktoru

Siyasət Materials 9 Mart 2023 11:01 (UTC +04:00)
Azərbaycana Qlobal Bakı Forumunun təşkilinə görə təşəkkür edirəm - ÜST-nin baş direktoru
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə belə mühüm tədbirin təşkilinə görə təşəkkür edirəm.

Trend-in məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus 10-cu Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

O qeyd edib ki, səhiyyənin siyasiləşdirilməsi təhlükəlidir.

“Biz buna qarşı mübarizə aparmalıyıq. Səhiyyəyə investisiya dayanıqlı inkişafa da təsirini göstərir. Biz bunu insan hüquqlarının müdafiəsi istiqamətində də istifadə edə bilərik”, - deyə o əlavə edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.

Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti