...

Ermənilər öz yalançı təbliğatlarında dolaşığa düşüblər

Siyasət Materials 22 Mart 2023 15:09 (UTC +04:00)
Ermənilər öz yalançı təbliğatlarında dolaşığa düşüblər

Bakı. Trend:

Ermənilərin beynəlxalq ictimaiyyətin ayıqlığını azaltmaq ümidi ilə "feyk" xəbərlərin tirajlanması üzrə bütün dünyada liderlik edən təbliğat maşını işə yaramır, çünki ermənilər özləri öz yalanlarında dolaşığa düşüblər.

Belə ki, dünən onlar erməni hərbi qulluqçusunun guya "yolunu azaraq nəqliyyat vasitəsində Azərbaycan ordusunun bölmələrinin mövqeyinə yaxınlaşaraq əsir götürüldüyünə" dair məlumat yaymışdılar. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bu saxta xəbəri hələ dünən təkzib etmişdi. Bundan sonra Ermənistanın Müdafiə Nazirliyi tərəfindən nəhayət ermənilərin özlərinin saxta xəbərini təkzib edən rəsmi məlumat verildi. Məlum oldu ki, "qəhrəman" axtarış-xilasetmə işləri nəticəsində tapılıb və həyatı üçün heç bir təhlükə yoxdur. Zənn edilirdi ki, bununla da məsələyə nöqtə qoyulacaq. Amma xeyr, erməni təşviqatı və təbliğatı sakitləşmir, daha da irəli gedərək "Rusiya sülhməramlılarının əsir düşmüş hərbi qulluqçunu götürmək üçün Azərbaycan tərəfə keçdiyini və Azərbaycanın hərbi qulluqçuları tərəfindən atəşə tutulduğunu, iki nəfərin yaralandığını və erməni həkimlərinin səylərinə baxmayaraq, onlardan birinin xəstəxanada keçindiyini" deyən daha dramatik ssenarilər düşünürlər. Maraqlı nağıldır, lakin yolunu azmış erməni hərbi qulluqçusu əsir düşməyibsə və sağ-salamatdırsa, rus sülhməramlıları kimin ardınca "Azərbaycan tərəfə keçmişdilər"?

Bu hələ son deyil. Daha sonra "məlum oldu" ki, "yaralanan" həmin iki rus sülhməramlısı həqiqətən xəstəxanaya müraciət ediblər, lakin "odlu silahdan yaralanma" ilə deyil, travmalarla. Bu nə deməkdir? Daha doğrusu, erməni təbliğatçılarının bütün səyləri həmişəki kimi puça çıxdı. Sual yaranır: onlar bu özünüifşa oyunundan nə vaxt bezəcəklər?

Məqalədə:
Xəbər lenti

Xəbər lenti