...

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 27 Mart 2023 22:40 (UTC +04:00)
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edir (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa edir.

Diplomatik nümayəndəlikdən bazar ertəsi Trend-ə verilən məlumata görə, səfirlik sabahdan etibarən fəaliyyətini bərpa edəcək.

XXX

20:41

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini müvəqqəti dayandırıb.

Bu barədə bazar ertəsi Trend-ə diplomatik nümayəndəlikdən məlumat verilib.

“İsraildəki siyasi gərginliklə əlaqədar olaraq, İsrailin bir sıra ölkələrdə, o cümlədən, Bakıda diplomatik nümayəndəliklərinin fəaliyyətinin dayandırılması qərara alınıb. Növbəti qərar qəbul olunana qədər səfirlik işləməyəcək. Bu, konsulluq xidmətlərinə də aiddir”, - səfirlikdən bildiriblər.

Qeyd edək ki, Baş nazir Benyamin Netanyahu hökumətinin həyata keçirdiyi məhkəmə islahatına qarşı 12-ci həftədir İsraildə və xaricdə minlərlə etiraz aksiyası keçirilir. Etirazçılar deyirlər ki, təklif olunan qanun layihəsi Ali Məhkəmənin əsas qanunların qəbulu prosesinə təsirini məhdudlaşdıracaq, parlamentarilərə bu məhkəmənin qərarlarına etiraz etmək imkanı verəcək və hakimlərin təyin edilməsi proseduruna hökumətə nəzarət edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti