...

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - SƏRƏNCAM

Siyasət Materials 28 Mart 2023 13:11 (UTC +04:00)
Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi təyin edilib - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Məsim Əhməd oğlu Məmmədov “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti