...

Azərbaycan və İsrail arasında strateji əlaqələr daha da möhkəmlənəcək - Ceyhun Bayramov

Siyasət Materials 29 Mart 2023 14:15 (UTC +04:00)
Azərbaycan və İsrail arasında strateji əlaqələr daha da möhkəmlənəcək - Ceyhun Bayramov
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və İsrail arasında strateji əlaqələr daha da möhkəmlənəcək və dərinləşəcək.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov tvitter hesabında qeyd edib.

"İsrail xarici işlər naziri Eli Kohenlə səmərəli söhbət oldu. İkitərəfli və çoxtərəfli əməkdaşlığın perspektivləri müzakirə edildi. Əminəm ki, ölkələrimiz arasında strateji əlaqələr daha da möhkəmlənəcək və dərinləşəcək", - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, 28 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib.

Səfər çərçivəsində 29-30 mart tarixlərində nazir Ceyhun Bayramovun hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşlərinin keçirilməsi, habelə Azərbaycan Respublikasının İsrail Dövlətindəki Səfirliyinin açılış mərasimində iştirakı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti