...

Prezident İlham Əliyev Fazil Mustafaya qarşı törədilmiş terrorla bağlı təxirəsalınmaz tədbirlərin aparılması üçün göstəriş verib

Siyasət Materials 29 Mart 2023 16:14 (UTC +04:00)
Prezident İlham Əliyev Fazil Mustafaya qarşı törədilmiş terrorla bağlı təxirəsalınmaz tədbirlərin aparılması üçün göstəriş verib

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov martın 28-də yaşadığı evin qarşısında terror aktına məruz qalmış Milli Məclisin deputatı Fazil Mustafanı bu gün müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb.

Trend xəbər verir ki, millət vəkilinə dövlətimizin başçısının və birinci xanımın şəfa diləklərini çatdıran Anar Ələkbərov bildirib ki, Prezident İlham Əliyev onun tezliklə sağalması üçün tibb personalı tərəfindən bütün zəruri tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.

Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti