...

“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi

Siyasət Materials 30 Mart 2023 15:16 (UTC +04:00)
“Azərsu” ilə Meliorasiya və Su Təsərrüfatı ASC Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verildi

Bakı. Trend:

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyinə verilib.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, agentliyin əsasnaməsi və strukturu təsdiq olunanadək “Azərsu” və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar cəmiyyətləri fəaliyyətlərini davam etdirəcək.

Qeyd edək ki, ölkə başçısının sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti