...

Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib

Siyasət Materials 31 Mart 2023 11:31 (UTC +04:00)
Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə tvitterdə paylaşım edib.

Trend-in məlumatına görə, paylaşımda qeyd edilib:

“Minlərlə azərbaycanlının ermənilər tərəfindən etnik zəmində öldürüldüyü Mart qırğınından 105 il keçir. Azərbaycanlıların Soyqırımı Günündə biz ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin qurbanlarını anır və belə cinayətlərin təkrarlanmaması üçün cəzasızlığa son qoyulmasının vacibliyini bir daha bildiririk”, - deyə nazir bildirib.

Qeyd edək ki, bu gün 31 Mart soyqırımından 105 il ötür.

“Böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirib. Ermənilərin Bakıdan başlanan kütləvi qırğınları Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə edib. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib.

Birinci Dünya müharibəsi, Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər bu dəfə öz mənfur niyyətlərini bolşevik bayrağı altında reallaşdırmağa çalışıblar. 1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə şüarı altında Bakı quberniyasının azərbaycanlılardan təmizlənməsi planı gerçəkləşdirilib.

Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan Şamaxı, Quba və digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər.

1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı Fərmana əsasən 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti