...

İranın anti-Azərbaycan əməlləri bumeranq kimi özünə qayıdacaq - Komitə sədri

Siyasət Materials 6 Aprel 2023 12:03 (UTC +04:00)
İranın anti-Azərbaycan əməlləri bumeranq kimi özünə qayıdacaq - Komitə sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İranın Azərbaycanda fəaliyyəti “5-ci kolon” yaratmağa yönəlib.

Trend-in məlumatına görə, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Din və qlobal təhlükəsizlik” adlı konfrans çərçivəsində jurnalistlərə deyib.

O qeyd edib ki, İranın anti-Azərbaycan əməlləri bumeranq kimi onun özünə qayıdacaq.

“İran özü bundan çox ciddi ziyan çəkə bilər və ziyan çəkəcək. Həm bizim səfirliyimizə qarşı terror aktı, millət vəkili Fazil Mustafaya qarşı törədilmiş sui-qəsd, eyni zamanda Azərbaycan hüquq-mühafizə və xüsusi xidmət orqanlarının aşkarladığı qruplar və aparılan ilkin istintaq nəticələri göstərir ki, burada müxtəlif sahələrdə adamları cəlb etməklə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, bunun bir hissəsini isə din adı altında etməyə cəhd göstəriblər”, - deyə M.Qurbanlı əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti