...

TÜRKSOY ölkələrinin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Azərbaycana keçir

Siyasət Materials 7 Aprel 2023 11:38 (UTC +04:00)
TÜRKSOY ölkələrinin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Azərbaycana keçir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hazırki iclasda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarına sədrlik Türkiyədən Azərbaycana keçir.

Trend-in məlumatına görə, bunu bu gün UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimində çıxışı zamanı mədəniyyət nazirinin birinci müavini Adil Kərimli deyib.

O Azərbaycanın sədrliyi dövründə ciddi nailiyyətlər əldə ediləcəyinə ümid etdiyini deyib.

"Bu il may ayının 12-də "Şuşa türk dünyasının mədəniyyət paytaxtı 2023 ili"nin açılış mərasimi baş tutacaq. İnanırıq ki, bu, türk dövlətləri arasında mədəniyyət sahəsinə əməkdaşlığın inkişafına uğurlu olacaq" - deyə o A.Kərimli əlavə edib.

UNESCO üzrə Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz Şuşa şəhərinin UNESCO-nun Dünya mədəni irsi siyahısına daxil olunmasının əhəmiyyətini qeyd edib.

"Şuşa şəhəri təkcə Azərbaycan mədəniyyətinin deyil, bütün türk dünyasının incisidir. Böyük kədər hissi ilə bildirirəm ki, bu şəhər və bütün Qarabağ 21-ci əsrdə görülməz vandallığa məruz qalıb

Ö. Oğuz həmçinin dünya təşkilatlarının Qarabağın bərpası prosesinə cəlb olunmasının əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, TÜRKSOY-un bu iclası Azərbaycan Respublikası Prezidentinin yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, ADA Universiteti, həmçinin Universitetin İnkişaf və Diplomatiya İnstitutu tərəfindən birgə təşkil olunub.

Xatırladaq ki, bu il TÜRKSOY-un qurulmasının otuzuncu ildönümünü qeyd edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti