...

İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır - Fəzail İbrahimli

Siyasət Materials 7 Aprel 2023 11:47 (UTC +04:00)
İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır - Fəzail İbrahimli
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin sədr müavini Fəzail İbrahimli parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Vitse-spiker qeyd edib ki, bu günə qədər bir çox dövlət İsraildə səfirliklər açıb. Bunun qarşılığında İranı niyə məhz Azərbaycanın İsraildə səfirlik açması özündən çıxarır?! Bu da azmış kimi ölkəmizə qarşı təhdid, şantaj xarakterli bəyanat yayır.

"İran parlamentariləri utanmaz kimi bəyanatda qeyd edirlər ki, guya Azərbaycan hökuməti islam dünyasının tələblərinə zidd hərəkət edərək Qüdsdə səfirlik açıb.

İran, sənin açdığın səfirliklər bəyəm islam dünyasına zidd deyil?! Riyakarlıq ayaq tutub yeriyə bilməz. Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə İran susdu durdu. Bilirsiniz, maska nə zaman cırıldı? Azərbaycan öz əzəli torpaqlarını işğaldan azad edəndə”, - F.İbrahimli əlavə edib.

O vurğulayıb ki, İran parlamenti elə düşünür ki, bu kimi addımlarla xalqımız arasında müəyyən fikir ayrılıqları yarada biləcək.

“Buradan onlara səslənirəm ki, unudun bu məsələləri. Çünki zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı bir, bütöv və əyilməzdir. Azərbaycan dövləti güclü və bütövdür. Hakimiyyət və xalq arasında birlik var. Hesab edirəm ki, İranın sinəsini dağlayan məqam da məhz bunlardır. İran parlamentinin yaydığı bəyanat saxta, riyakar, yalandır. İslam dünyasına xəyanət edən dövlətin özü də məhz İrandır”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti