...

Prezident İlham Əliyev: Qazaxıstanın regionumuzda sülhün bərqərar olmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir

Siyasət Materials 10 Aprel 2023 20:41 (UTC +04:00)
Prezident İlham Əliyev: Qazaxıstanın regionumuzda sülhün bərqərar olmasına yönəlmiş mövqeyi böyük hörmətə layiqdir

Bakı. Trend:

Qazaxıstanın məhz bizim regionda sülhün bərqərar olunmasına yönəlmiş prinsipial mövqeyi böyük hörmətə layiqdir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata bəyanatında bildirib.

Dövlətimizin başçısı Qazaxıstanın beynəlxalq arenada nüfuzunu, ən mühüm qlobal məsələlərə dair ölçülüb-biçilmiş, prinsipial mövqeyini xüsusi qeyd edərək deyib: “Biz artıq beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə dair fikir mübadiləsi aparmışıq. Bu məsələlər daimi diqqət, prinsipial, dəqiq və ölçülüb-biçilmiş mövqe tələb edir”.

Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstanın beynəlxalq arenada nüfuzu artır və bu ölkə haqlı olaraq dünya birliyinin böyük hörmətini qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti