...

Beynəlxalq bir yarışda rüsvayçı təşkilatçılığa görə Ermənistana sanksiyalar tətbiq etməldiir - Aydın Quliyev

Siyasət Materials 15 Aprel 2023 13:31 (UTC +04:00)
Beynəlxalq bir yarışda rüsvayçı təşkilatçılığa görə Ermənistana sanksiyalar tətbiq etməldiir - Aydın Quliyev

Bakı. Trend:

İrəvandakı beynəlxalq idman yarışında ermənilərin Azərbaycanın dövlət bayrağına qarşı vandal davranışı adi və sıradan bir hadisə deyil.Həmin şəxsin formal cinayət məsuliyyətinə cəlb olunması da Ermənistan dövlətinin və erməni cəmiyyətinin Azərbaycana qarşı dərin düşmənçilik hisslərini gizlədə bilməz.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan bayrağı ilə vandal davranışı onları yaxşı tanımayanlarda tam təsəvvür yaradır. Adi cansız bayrağa qarşı belə vəhşilik edən bir toplumun azərbaycanlı əsir, girovlarla necə rəftar etdiyini hər kəs yəqinləşdirə bilər.

"Erməni cəmiyyətinin və Ermənistanın azərbaycanfobiyası və türkfobiyası bir daha ifşa olundu. Hadisə bir daha Ermənistanın Azərbaycanla sülh içində yaşamağa hazır olmadığını göstərdi. Qəti təsdiqləndi ki, erməni cəmiyyətinə genetik revanş hissləri xasdır. Erməni cəmiyyətinin qisas niyətlərinin girovluğunda möhkəm pərçimləndiyinə artıq şübhə etmək olmaz .Ən mühüm nəticə budur ki, Ermənistan hakimiyyəti öz cəmiyyətini nəinki sülhə hazırlamır, əksinə revanş hisslərini alovlandırır", - deyə A.Quliyev əlavə edib.

A.Quliyev bildirib ki, Azərbaycan -Ermənistan normallaşmasına həqiqətən dəstək vermək istəyən dünya birliyi ermənilərin bayraq vandalizminin üstündən sakit keçməməlidirlər. Vasitəçilik etmək niyyətində olanlar bayraq vandalizminin adi idman tədbirində törədilməsinə xüsusi həssas olmalıdırlar. Xüsusən beynəlxalq bir yarışda rüsvayçı təşkilatçılığa görə Avropa Ağır Atletika Federasiyası Ermənistana sanksiyalar tətbiq etməldiir. Nəticə çıxarmaq çətin deyil ki adi idman tədbirində belə aqressiv olan ermənilər siyasi təmaslarda necə qeyri - konstruktiv olurlar.

"Azərbaycan idmançıları bayraq vandalizminə qarşı təsirli və unikal cavab verdilər. İdmançılarımızın etirazla Yerevanı tərk etməsi dövlətçilik tariximizdə siyasi və idman şərəfinin unikal vəhdət faktı kimi qalacaq", - deyə A.Quliyev əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti