...

Evinizə qayıdın, burada hər şey yaxşı olacaq - Aleksandr Şarovski "Tofiq Abbasovla dialoq" verilişində Qarabağın erməni azlığına müraciət etdi (FOTO/VİDEO)

Siyasət Materials 17 Aprel 2023 11:44 (UTC +04:00)
Evinizə qayıdın, burada hər şey yaxşı olacaq - Aleksandr Şarovski "Tofiq Abbasovla dialoq" verilişində Qarabağın erməni azlığına müraciət etdi (FOTO/VİDEO)

Bakı. Trend:

Baku Network ekspert platformasında "Tofiq Abbasovla dialoq" analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.

Trend bu barədə bazar ertəsi xəbər verir.

Verilişin qonağı Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının rejissoru, "Şöhrət" və "Şərəf" ordeni mükafatçısı, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri, xalq artisti Aleksandr Şarovski olub.

Verilişdə Azərbaycanda multikulturalizm ənənələri və Qarabağın erməni sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyası müzakirə olunub.

"Birgə mövcud olmaq, bizimlə yaşamaq digər şərtlərdə yaşamaqdan daha rahat olacaq. Sizdən çox xahiş edirəm, Bakıda deyildiyi kimi, evinizə qayıdın və burada hər şey yaxşı olacaq", - A.Şarovski deyib.

Trend BİA verilişin tam buraxılışını oxucuların diqqətinə çatdırır:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti