...

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır - Derek Hoqan

Siyasət Materials 17 Aprel 2023 20:09 (UTC +04:00)
ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır - Derek Hoqan

Bakı. Trend:

ABŞ Azərbaycanla Ermənistan arasında sülh prosesinə dəstək verməyə hazırdır.

Trend xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Derek Hoqan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı zamanı bildirib.

Derek Hoqan bölgədə davamlı sülhün və təhlükəsizliyin bərqərar edilməsi üçün Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin uğurla nəticələnməsinin, mövcud məsələlərin danışıqlar yolu ilə həllinin vacib olduğunu vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti