...

Prezident İlham Əliyev: Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır

Siyasət Materials 18 Aprel 2023 17:21 (UTC +04:00)
Prezident İlham Əliyev: Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır

Bakı. Trend:

Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan bu gün “Qarabağ Azərbaycandır və nida” sözlərimizi təkrar etməlidir.

Trend xəbər verir ki, bu barədə Prezident İlham Əliyev aprelin 18-də Salyan rayonunda Azərbaycan Televiziyasına müsahibəsində bildirib.

“Çünki əgər “A” deyibsə “B” də deməlidir. Alma-Ata Bəyannaməsini əsas götürüb bunun üzərində sülh müqaviləsinə hazır olduğunu göstərən Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır”, – deyə dövlətimizin başçısı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti