...

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatın tam icrasına doğru həlledici addımdır - Aydın Quliyev

Siyasət Materials 24 Aprel 2023 12:38 (UTC +04:00)
Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması üçtərəfli bəyanatın tam icrasına doğru həlledici addımdır - Aydın Quliyev
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması 10 noyabr üçtərəfli bəyanatının tam icrasına doğru həlledici addımdır.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, ekspert Aydın Quliyev deyib.

O bildirib ki, bu hadisə ekofəalların dekabrda başlatdıqları aksiyanın məntiqi nəticəsi və qələbə sonucudur: "Ekofəalların aksiyası olmasaydı, dünyanın diqqətini Ermənistanın postmüharibə dövründə pozucu siyasətinə cəlb etmək mümkün olmazdı. Azərbaycan Prezidenti ilk dəfə Münhen konfransında bu nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruriliyini bəyan etdi. Həmin konfransda Prezidentimizin təklifinə ilkin reaksiyalar bir daha sübut etdi ki, dünya dairələri Laçın yolunda baş verən proseslərlə bağlı Ermənistanın yox, Azərbaycanın mövqelərini doğru hesab edir. Laçın yolu ilə bağlı Ermənistanın böhtançı mövqeyi iflasa uğradı. Əslində Azərbaycan prezidentinin prinsipial siyasəti nəticəsində Ermənistanın özü də təxribatçı siyasətini bir qədər dəyişməyə və nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə barışmağa məcbur edildi. Faktdır ki, Ermənistan Laçın yolunda aksiyaların ilk başlanğıcında hər hansı məntəqənin yaradılmasını qəbul etmək istəmirdi. Ermənistan bilirdi ki, nəzrət-buraxılış mıntəqəsinin yaradılmasından sonra öz qanunsuz əməllərini davam etdirə və Xankəndiyə təxribatçı daşımaları davam etdirə bilməyəcək. Ancaq Azərbaycanın ardıcıl siyasi təzyiqləri nəticəsində Ermənistan Laçın yolunda nəzarətsiz daşımaları sonadək davam etdirməyin mümkünsüz olduğunu anladı".

Baş redkator qeyd edib ki, Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycanın nəzarət-buraxılış məntəqəsi yaratması müstəsna tarixi əhəmiyyətli hadisədir.

"Ermənistanın yeni ideoloji təxribatlara başlayacağı istisna deyil və bu yolda ilk addımları atır. Ermənistan bu məntəqəni Xankəndi ermənilərinin daha sıx blokadaya salınması kimi qələmə verməyə çalışır və bu sayaq ideoloji təxribatların heç bir əsası yoxdur. Necə ki, Azərbaycan ekofəalların aksiyası ətrafında Ermənistanın "blokada hay-küylərini" beynəlxalq diplomatik-informasiya müstəvisində alt-üst etdi və sübut etdi ki, Laçın yolunda Azərbaycanın nəzarərətinin qurulması dövlətimizin süveren hüquqlarının tələbidir, eynilə də sübut edəcəyik ki, nəzarət-buraxılış məbtəqəsi ilə bağlı Ermənistanın bütün informasiya-ideoloji təxribatları iflasa məhkumdur",- baş redaktor bildirib.

Ekspert deyib ki, Ermənistan öz sərhədində keçid məntəqəsi yaratdığı kimi Azərbaycan da öz ərazisi olan Laçın yolunda nəzarət məntəqəsi qurmaq hüququna malikdir: "Laçın yolunda keçid məntəqəsi köçkünlərimizin təhlükəsiz qayıdışının müstəsna təminatıdır.
Keçid məntəqəsi Ermənistanın ərazilərimizdə mina terroru sitasətinin qarşısını almaqda da mühum rol oynayacaq.

Xankəndi ermənilərinin Azərbaycanla inteqrasiyaya qoşulmasına mane olan ən mühüm amil İrəvandan daşınan silah-sursat və terrorçu qüvvələrdir. Bu baxımdan keçid məntəqəsi Xankəndi ermənilərinin dinc hissəsinin separatçıların girovluğundan xilas edilməsinə böyük təsir göstərəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti