“Bakı Metropoliteni”nin Müşahidə Şurasının sədri dəyişib

Siyasət Xəbər 26 Aprel 2023 16:19 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2553 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” sərəncam imzalayıb.

Trend xəbər verir ki, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

Belə ki, Şuraya sədrlik edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevlə əvəz edilib.

Xəbər lenti

Xəbər lenti