...

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik - NATO

Siyasət Materials 6 May 2023 12:15 (UTC +04:00)
Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik - NATO
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik.

Trend-in məlumatına görə, bu barədə NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Twitter" hesabında bildirib.

"Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında Vaşinqtonda keçirilən 4 günlük görüşdən sonra davamlı sülh sazişi istiqamətində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini eşitmək xoş oldu. Danışıqlar və dialoq yeganə yoldur", - deyə paylaşımda qeyd edilib.

Xatırladaq ki, 1-4 may 2023-cü il tarixlərində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.

Nazirlər və onları müşayiət edən nümayəndə heyətinin üzvləri Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında ikitərəfli Saziş layihəsinin bəzi maddələri üzrə qarşılıqlı razılıq əldə edib, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin fərqli olaraq qaldığını qəbul ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti