...

Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir - Tahir Budaqov

Siyasət Materials 10 May 2023 10:48 (UTC +04:00)
Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsidir - Tahir Budaqov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ulu öndər Heydər Əliyev Azərbaycan xalqının xilaskarı, Azərbaycan dövlətinin qurucusu kimi müasir Azərbaycan tarixində özünəməxsus yer tutan böyük bir şəxsiyyətdir.

Trend-in məlumatına görə, bunu YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, istər sovet dönəmində, istər müstəqillik illərində ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə ölkəmizin müstəqilliyi və inkişafı üçün misilsiz xidmətlər göstərib.

"Heydər Əliyevin ideyaları Azərbaycanın milli-mənəvi sərvətidir. Bu gün Azərbaycanın əldə etdiyi bütün uğurlar Heydər Əliyev siyasətinin təntənəsi kimi qəbul olunmalıdır. Heydər Əliyevin Azərbaycan xalqı, dövləti qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır. Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü təmin etməklə Heydər Əliyevin ən böyük arzusunu, bütöv Azərbaycan arzusunu gerçəkləşdirib və bu gün Azərbaycan xalqı böyük qürur və fəxarətlə axın edərək Heydər Əliyevin əziz xatirəsini yad edir", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti