...

Azərbaycan Avropa Siyasi zirvəsində geosiyasi güc, Ermənistan geosiyasi alət kimi iştirak edir - Aydın Quliyev yazır...

Siyasət Materials 1 İyun 2023 23:07 (UTC +04:00)

Bakı. Trend:

Avropa qitəsində əməkdaşlığın yeni böyük formatı sürət götürməkdədir.Həm də coğrafi Asiyanın Azərbaycan kimi ölkəsini də öz içinə almaqla sürət götürür.100 il əvvəl Leninin hətta ayrıca əsər həsr etdiyi " Avropa Birləşmiş Ştatları" (Amerika yox, Avropa) kimi fantastik şüar altında bütün Avropa dövlətlərini birləşdirmək mümkün olmasa da, bu məkanda ayrı- ayrı iqtisadi, siyasi,hüquqi və sair xarakterli birliklər zaman- zaman gerçəkləşə bildilər.Bəlkə də bir vaxtlar Avropa İqtisadi Birliyindən on illər sonra Avropa Siyasi Birliyinin də yaranacağı kimsənin ağlına gəlməzdi.Avropa Siyasi Birliyinin təşəkkül prosesinin fəal və detonasiyalı qüvvələrindən birinin məhz Azərbaycan olacağı isə heç ağıllara gəlməzdi...Ancaq inanılmazlar gerçək olurmuş...

Avropa İB yarananda hələ müstəqil dövlət olmayan Azərbaycan indi Avropa Siyasi Birliyi proseslərinin onəmli iştirakçısına çevrilə bilib." Heç bir inkişaf və təhkükəsizlik layihəsinin Azərbaycansız mümkün olmadığı " həqiqəti burada bir daha təsdiqlənir...

Avropa Siyasi Birliyinin ideya müəllifləri başqa qüvvələr olsalar da, prosesin Azərbaycansız uğur şanslarının yoxluğu ilk əvvəldən bəlli idi.Ötən il Birliyin Praqadakı ilk, bu il Kişinyovdakı 2- ci sammitinə Azərbaycan prezidentinin xüsusi dəvət edilməsi təkcə prezidentin şəxsiyyətinə və siyasi çəkişinə verilən böyük önəmlə izah olunmur.Həm də onunla izah olunur ki, bu gün Azərbaycan həqiqətən təsirli geosiyasi gücə çevrilib və bununla hesablaşmamaq mümkün deyil.Geosiyasi gücə çevrilmək müccərrəd anlayış deyil.Bunun arxasında Azərbaycanın iqtisadi,maliyyə, hərbi, demoqrafik gücü , milli- mənəvi faktorları və əlbəttə ki, bənzərsiz geosiyasi üstünlükləri dayanır.İlham Əliyevi Siyasi sammitdə fəal təsir mpvqeyində görmək istəyən Avropa liderləri yaxşı bilir ki, hər bir ölkənin özünün müxtəlif coğrafi yerləşmə və mövcudluq göstəriciləri olsa da, bunları bir yerə toplayaraq ölkənin ümumi geosiyasi üstünlüyünə çevirmək heç də hər ölkəyə qismət olmur.Məsələn, bir sıra bəlli ərəb ölkələrinin nefti- qazı yox idimi?! Rusiyanın misilsiz enerji və xammal ehtiyatları yoxdurmu?! Nə üçün onlar önəmli və vazkeçilməz geosiyasi məntəqəyə çevrilə biımirlər? Dünya onlardan hətta bəzən imtina edir, daha əlverişli və etibarlı alternativlər axtarır...

Bakıda Enerji həftəsində İlham Əliyevin bir fikrini maraqlı uyğunluğa görə yada salmaq istəyirəm:" Ukraynada müharibə başlayandan Avropa dövlətləri Azərbaycandan qaz təchizatını 40 faiz artırıblar."Təqdirəlayiqdir ki, Azərbaycan kimsənin qırmızı xətlərinə toxunmadan, kimlərisə toqquşdurmadan, kimlərləsə toqquşmadan özünün geosiyasi önəminin yeni- yeni ifadə və təsdiq məkanları tapır və ya yaradır..Beləliklə, Azərbaycan və onun prezidenti Avropanın siyasi Birlik priseslərində indiki yerini və rolunu təsadüfən əldə etməyib, bu mövqe Azərbaycana hədiyyə də edilməyib.Bütün bunlar Azərbaycanın malik olduğu müxtəlif saysız göstəriciləri ümumi geosiyasi üstünlüyə çevirmək səylərinin real nəticəsidir ki, bu siyasətin müəllifini xüsusi aksentlə Siyasi Birlik zirvəsinə dəvət edirlər...

ASB 2022- ci ilin mayında əsasən Almaniyanın və Fransanın səyləri ilə yaranıb.Azərbaycan lideri bu birliyin köklərini və hədəflərini təbii ki, əla bilir.Məhz buna görə də Azərbaycan Avropanın yeni format əməkdaşlıq prosesindən kənarda qala bilməzdi.Çünki Birliyin hədəflərini əla təsəvvür edir.Azərbaycanı bu prosesdən hətta bunu istəyənlər olsaydı da belə, kənarda saxlaya bilməzdilər.Çünki Azərbaycan prezidenti ölkəsinin ən yeni Avropanın əməkdaşlıq və inteqrasiya proseslərindən kənar saxlanmasını mümkünsüz edən işləri çoxdan , həm də öncədən görərməyə başlayıb.Gəlin baxaq, Avropaya yeni enerji təhkükəsizlik xəritəsi lazım idimi? Kim bunu yaratdı? Avropaya Şərq- Qərb,Şimal- Cənub marşrutlarının regional seqmentlərini qabaqcadan yaratmaq lazım idimi? Kim bunları yaratdı? Avropa özünə ən yeni alternativ enerji mənbəyi axtarmırdımı? Bunu kim ona verdi?Avropa özünün xristian sivilizasiya dəyərləri ilə tarix boyu acı qarşıdurma səhnələri yaşadığı islam dəyərlərinə doğru mütərəqqi tərpənişləri arzu etmirdimi? Bu imkanı Avropaya kim açdı? Bakı prosesi deyilən prosesin içində Avropa Şurasını və İslam Əməkdaşlıq təşkilatını bir araya kim gətirdi? Bunlar öz başına əmələ gəlmiş işlər deyildi və Avropanın siyasi birləşmə proseslərində Azərbaycanın da ləyaqətli iştirakını zəruri etmiş faktorlardı .Axı siyasi birləşmə təkcə "quru sitasətdən " ibarət deyil.Siyasi Birlik prosesini iqtisadiyyatsız, enerjisiz, təhlükə sığortalarından kənarda təsəvvür etmək olmaz...

Avropa Siyasi Birliyi prosesi Avropanın son 70 ildə müxtəlif sahə və istiqamətlər üzrə yaratdığı əməkdaşlıq və inteqrasiya formatlarının hamısının yeni bir çətir altına alınma prosesidir.Burada Avropa Birliyi, Şərq Tərəfdaşlığı, NATO ,ATƏT, Avropa Şurası,bunların hansındansa və ya indiyədək hamısından kənarda qalmış ölkələrdən söz gedir.Bu geniş coğrafiyada indiyədək kiminsə Avropa Birliyinə üzv olmağa iqtisadi göstəriciləri yetmirdi, kiminsə NATO üzvlüyünə hərbi göstəriciləri kifayət etmirdi, kiminsə hər ikisinə doğru yolu tam açıq deyidi .Kimə hansı qurum sərfəli və mümkün idisə, onun da üzvü olurdu .Ən unikal amil odur ki, kimlərsə bu mövcud əməkdaşlıq və inteqrasiya sxemləri ilə bağlı konkret seçim etməyə sadəcə lüzum görmürdü.Məsələn, bu gün Azərbaycanın NATO və ya Avropa İqtisadi Birliyinə doğru konkret üzvlük seçimi etməsi şəraitin tələblərinə uyğun olmazdı. Onu xüsusi əlavə edək ki, Azərbaycan özünün Avropa Siyasi prosesində sərbəst hərəkətlərinə mane olan əvəlki dövrlərə aid heç bir addım atmayıb.Yəni Ermənistan kimi , həm KTMT, həm NATO, həm Avrasiya İB, həm də Avropa İB üzvlüyü kimi ziddiyyətli və özünü girova çevirən gedişlər etməyib. Avropa Siyasi Birliyi proseslərində Ermənistan liderinə xüsusi önəmin verilməməsinin səbəblərindən biri budur.Bir əli ilə NATO- dan, digəri ilə KTMT- dən tutmuş bir ölkənin başçısına Avropa siyasi proseslərində xüsusi dəvət personası kimi baxmaq həqiqətən təəccüblü olardı...Əminəm ki, Ermənistan Avropa Siyasi Birliyi prosesində hansısa qeyri- adi göstəricilərə görə yox, məhz ona görə iştirak edir ki, sadəcə SSRİ- dən yarımçıq qopmuş ölkə kimi ATƏT- in, Avropa Şurasının , Şərq Tərəfdaşlığının üzvü olub və Rusiya təsirlərindən hələ də tam ayrıla bilmir .Başqa heç nə ....Bu meyarları Azərbaycana baxaraq nəzərdən keçirəndə isə Avropa Siyasi Birliyində İlham Əliyevin iştirakına təşkilatçılar tərəfindən xüsusi önəm verilməsi həqiqətən təbii və zəruri görünür..Demək, Azərbaycan təsirli geosiyasi güc, Ermənistan isə sadəcə geosiyasi alət olduğu üçün Avropa Siyasi Birliyi prosesində iştirak edir.

Avropa Siyasi Birliyi prosesində Azərbaycanın bəlkə də hələ heç bir ölkənin bu formatda qazanmadığı siyasi Zəfərə sahiblənməsi də təsadüf deyil.Azərbaycan tarixdə ilk dəfə geosiyasi - geoiqtisadi anlamda bütün Avropanı əhatə edən məkanda öz ərazi bütövlüyünün tanınmasına və bunun konkret beynəlxalq sənədlə təsdiqlənməsinə nail oldu.İndiyə kimi bunu Avropanın ayrı- ayrı inteqrasion qurumlarının çərçivəsində, həm də yarımçıq tanınma səviyyəsində görmüşdük.Məsələn, Avropa Şurası, Avropa parlamenti,NATO parlamenti Azərbaycanın ərazi bütövlüyünü daha öncələrdə tanəmışdılar.Lakin bu tanınmalar yarımçıq idi, keçmiş Dağlıq Qarabağı Azərbaycanın hüdudlarında xüsusi qeyd etmirdi və bu yarımçıqlıq yalnız Avropa Siyasi Birliyi sammitində Praqada aradan qaldırıldı..

Əvvala,bu tanınma bir qurumun yox, bütün Avropanın çətiri altında baş verdi.İkinci, İlham Əliyev bu prinsipin Ermənistan tərəfindən də qəbul edilməsinə nail oldu.Üçüncü,bu tanınmanın möhkəm hüququ əsası kimi 1991- ci il Alma- Ata sazişi təsdiqləndi.Artıq mötəbər dünya kürsülərində Ermənistanın Azərvaycanın ərazi bütövlüyünü keçmiş Dağlıq Qarabağla birlikdə tanımasının siyasi- diplomatik məkanı kimi ASB- nin Praqa sammiti deyilir.Bu, Azərbaycan prezidentinin ASB priseslərində tarixi qələbəsidir....

Məqalədə:
Xəbər lenti

Xəbər lenti