Bakı. Trend:
Qardaş Türkiyənin Almadağ qəsəbəsində zavodda partlayış xəbəri bizi çox kədərləndirdi.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.
"Dəhşətli hadisə nəticəsində vəfat etmiş soydaşlarımıza rəhmət, yaralılara şəfa diləyir, qardaşlarımızla həmrəyliyimizi ifadə edirik. Başın sağ olsun, Türkiyə", - deyə paylaşımda qeyd edilib.
Xatırladaq ki, bu gün Türkiyənin Almadağ qəsəbəsində yerləşən raket və partlayıcı zavodunda partlayış olub. Türkiyə Milli Müdafiə Nazirliyi partlayış nəticəsində 5 işçinin həlak olduğunu açıqlayıb.