...

Radikallar danışıqlarda əldə olunmuş proqressi alt-üst etməyə çalışır

Siyasət Materials 18 İyun 2023 12:55 (UTC +04:00)
Radikallar danışıqlarda əldə olunmuş proqressi alt-üst etməyə çalışır

Bakı. Trend:

2020-ci ildə baş verən 44 günlük müharibədən sonra düşünmək olardı ki, Ermənistan nəhayət haqq yoluna gələcək. Lakin təəssüflər olsun ki, bu ölkə öz dağıdıcı, işğalçı siyasətindən əl çəkə bilmir. Nəticədə də bundan ən çox zərər çəkən elə ermənilərin özləri olur. Çünki Ermənistanın regionda gedən tərəqqi prosesindən kənarda qalması son nəticədə sadə ermənilərin yoxsul şəraitdə yaşamasına, ölkənin isə tamamilə məhv olmaq təhlükəsi il baş-başa qalmasına səbəb olur.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

O, qeyd edib ki, ermənilərin və Ermənistanın bu cür acınacaqlı duruma düşməsinin iki səbəbkarı var: “Bunlardan biri daxili, digəri isə xarici səbbakarlardır. Xarici deyəndə İran, Rusiya, Fransa kimi xarici gücləri nəzərdə tutram. Təəssüflər olsun ki, bu xarici güclər öz maraqları naminə regionda əbədi sülhüm əldə ediıməsinə mane olurlar. Onların maraqlarından irəli gələrək ermənilər tez-tez atəşkəsi pozur, hərbi təxribatlara yol verirlər”.

V.İskəndərovun sözlərinə görə, daxili səbabkarlar isə Ermənistanda millətçi və radikal qüvvələridir: Bu qüvvələrin prosessə yanaşması hər kəsə bəllidir. Radikallar danışıqlarda əldə olunmuş progressi alt-üst etməyə çalışır. Məsələn, bəlli olduğu kimi, Laçında sərhəd məntəqəsi artıq normal işləyir, ermənilər də rahat və sakit şəkildə bu məntəqədən istifadə edirlər.Lakin radikallar, revanşistlər buna müqavimət göstərmək üçün vəziyyəti gərginləşdirirlər. Beləliklə, hər şey gün kimi aydındır. İndi sadə ermənilər öz gələcəklərinin etibarlı olması üçün bəhs edilən daxili və xarici güclərin təsirindən qurtarmaq üçün hərəkətə keçməlidirlər. Əks təqdirdə isə nəticə onlar üçün arzuedilməz olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti