...

Deputatlar diaspor nümayəndələri ilə görüşüb

Siyasət Materials 21 İyun 2023 15:47 (UTC +04:00)
Deputatlar diaspor nümayəndələri ilə görüşüb

Bakı. Trend:

Bolqarıstanda səfərdə olan Milli Məclisin deputatları Rauf Əliyev və Ramin Nəmmədov iyunun 20-də Sofiya şəhərində fəaliyyət göstərən Azərbaycan səfirliyində bu ölkədə fəaliyyət göstərən diaspor nümayəndələri ilə görüşüb.

Trend xəbər verir kiI, görüşdə həmçinin Azərbaycanın Bolqarıstandakı Səfiri Hüseyn Hüseynov iştirak edib.

Görüş zamanı diaspor fəaliyyətinin keyfiyyət nöqteyi nəzərdən gücləndirilməsi, əhatə dairəsinin genişləndirilməsi, səmərəli və perespektivli layihələrin həyata keçirilməsi üçün tələb olunan məsələlər ətrafında müzkirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti