...

Ceyhun Bayramov kral III Çarlzla görüşüb

Siyasət Materials 21 İyun 2023 20:53 (UTC +04:00)
Ceyhun Bayramov kral III Çarlzla görüşüb

Bakı. Trend:

Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiyanın kralı III Çarlzla görüşüb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, Ceyhun Bayramov Böyük Britaniyaya işgüzar səfəri çərçivəsində Ukraynanın Bərpası Konfransı öncəsində III Çarlzın Müqəddəs Ceyms Sarayında təşkil etdiyi qəbulda iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti