...

Azərbaycanda “Heydər Əliyev adına təqaüd” təsis edilib - SƏRƏNCAM

Siyasət Materials 24 İyun 2023 15:16 (UTC +04:00)
Azərbaycanda “Heydər Əliyev adına təqaüd” təsis edilib - SƏRƏNCAM

Bakı. Trend:

Prezident İlham Əliyev “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında sərəncam imzlayıb.

Trend xəbər verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan, təhsildə yüksək nailiyyətləri olan 100 (yüz) nəfər tələbə üçün “Heydər Əliyev adına təqaüd” təsis edilsin.

2. Bu Sərəncamın 1-ci hissəsi ilə təsis edilən təqaüd Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına 3000 (üç min) manat məbləğində birdəfəlik verilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti