Bakı. Trend:
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birinə Döyüş bayrağının təqdim olunması mərasimində çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.
Bununla bağlı Trend-ə videomüsahibəsində siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində böyük üstünlüklə qalib gəldi.
“Bu proses həm informasiya məkanında, həm də diplomatik müstəvidə davam etdirildi. 44 günlük müharibədən öncə və müharibə dövründə “Qarabağ Ermənistandır” deyən Ermənistanın siyasi rəhbərliyi artıq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağı da Azərbaycanın ərazisinin tərkib hissəsi kimi qəbul etdiyini bəyan edib”, - deyə E.Mirzəbəyli bildirib.
Geniş videomüsahibəni təqdim edirik: