Bakı. Trend:
Qoşulmama Hərəkatı dünyada baş verən hadisələri, həll yollarını müzakirə etmək üçün önəmli platformalardan birinə çevrilib.
Trend-in məlumatına görə, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası zamanı deyib.
“ 2023-cü iil Türkiyə üçün önəmli bir il oldu. Yeni dövrdə Türkiyə dünyanın üzləşdiyi problemlərin həllində daha da aktiv rol oynayacaq”,-deyə o bildirib.
Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər İclası keçirilir. İclasda Qoşulmama Hərəkatına üzv ölkələrin təmsilçiləri iştirak edir. Tədbir iyulun 6-dək davam edəcək.
Xatırladaq ki, Azərbaycanın da daxil olduğu 120 üzv dövlət, 18 müşahidəçi və 10 Beynəlxalq Təşkilat Qoşulmama Hərəkatının tarixində mühüm rol oynayıb.