...

Ermənistan separatçılara bu qədər pulu niyə ayırır? - Paşinyanın növbəti ağ yalanı (VİDEOMÜSAHİBƏ)

Siyasət Materials 6 İyul 2023 19:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə ağ yalan danışaraq Xankəndində Ermınistan hərbçilərinin olmamasını iddia edib. Bu günə kimi ölmüş 2 hərbçinin Ermənistan vətəndaşı olmamasına dair heç bir sübut ortaya qoya bilməyiblər.

Ermənistan Qarabağdakı separatçılara ildə 300 milyon dollara yaxın pul ayırır. Bu vəsaitin bir qismi onların silahlarla təchizatına yönəldilir. Amma eyni zamanda, Ermənistan hərbçiləri də orada xidmət keçirlər və onların Azərbaycan ərazisində mövcudluğu var.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Musa Qasımlı bildirib ki, özünü dövlət adamı hesab edən şəxs heç zaman yalan danışmamalıdır. “Hamı kimin yalan, kimin doğru danışdığını yaxşı bildir. Paşinyan deyəndə ki, Azərbaycan ərazisində erməni hərbçiləri yoxdur, o gərək bir neçə suala cavab verməli idi. Hamı bilir ki, Azərbaycan ərazisində Ermənistanın təqribən 10 min qeyri-qanuni silahlı dəstəsi, terror qruplaşması var. Soruşmaq lazımdır Azərbaycan ərazisində, Qarabağda yaşayan təqribən 25-30 min ermənidən 10 min silahl dəstə yaratmaq mümkündür? Əlbəttə mümkün deyil”, - deyə o əlavə edib.

Geniş videomüsahibəni təqdim edirik:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti