...

Paşinyan Brüsselə kimi Araikə poçtalyonluq etdi - İrəvan təxribat törədir

Siyasət Materials 15 İyul 2023 14:28 (UTC +04:00)
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün AB Şurası rəhbəri Şarl Mişellə görüşən Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı erməni separatçı-terrorçularının rəhbəri Araik Arutyunyanın məktubunu ona təqdim edib.

Trend xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Maraqlısı orasındadır ki, Ermənistan bu addımından müşahidə edirik ki, heç cürə separatçılarla bağlı məsələlərə biganə qalmaq istəmir. Halbuki rəsmi İrəvan artıq bəyan edib ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Lakin Nikol Paşinyanın bu addımı növbəti dəfə nümayiş etdirdi ki, Ermənistan separatçı amilini kənara qoymaq, Azərbaycana qarşı ərazi iddiası məsələsindən əl çəkmək niyyətində deyil.

Əgər Ermənistan tərəfi həqiqətən də Qarabağdakı qondarma rejim qalıqlarının onların ixtiyarında olmadığını bildirirsə, separatçılara görə cavabdehlik daşımadıqlarını bildirirlərsə, o zaman nə üçün Nikol Paşinyan və ətrafı hər fürsətdə Azərbaycan ərazisindəki qanunsuz hərbi qruplaşmaya nədəsə əl uzatmaq, onlara yardım etmək məsələləriundə bu qədər həssaslıq nümayiş etdirir?!

Nəzərə alsaq ki, Paşinyanın Brüssel səfərinin əsas məqsədi var: Azərbaycanla sülh sazişi məsələsində razılığa gəlmək, konkret addımlar atmaq. Paşinyanın Araikə poçtalyonluq etməyi sülh istiqamətindəki prosesləri kölgə altına almaqdan başqa bir şey deyil.

Qeyd edək ki, bir müddət öncə Nikol Paşinyan Araikin xahişi ilə Rusiya lideri Putinə zəng etmişdi.

Xatırladaq ki, bu gün Brüsseldə Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və ermənistan liderləri arasında görüş olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti