...

Ermənistana bu ölkədən silah daşınır: Müharibə hazırlığı başladı - Bakıdan KRİTİK HƏMLƏ

Siyasət Materials 26 İyul 2023 15:53 (UTC +04:00)
Ermənistana bu ölkədən silah daşınır: Müharibə hazırlığı başladı - Bakıdan KRİTİK HƏMLƏ
Təhməz Əsədov
Təhməz Əsədov
Bütün xəbərlər

Bakı. Trend:

Nurduz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. Yayılan görüntülərdən də aydın görünür ki, daşınan yükün nə olduğunu gizlətmək məqsədi ilə üzərlərinə kölgəlik örtülüb. Lakin İrandan Ermənistana daşınan yükün hərbi yük olduğu aydındır. Yük artıq İranın Bəndər Abbas limanına çatdırılıb.

Silahı göndərən tərəfin kimliyinə gəlincə, bu, Ermənistanın son vaxtlar hərbi-texniki əməkdaşlığını sürətlə artırdığı Hindistandır. Təkcə elə mediadakı açıq mənbələrdən də məlum olur ki, Ermənistan və Hindistan arasında dəyəri 400 milyon dollardan artıq hərbi müqavilə imzalanıb. Bu yükün Hindistandan gəldiyini təsdiq edəcək növbəti faktlar da kifayət qədərdir: Belə ki, bu ilin fevral ayından bu yana Ermənistanla Hindistan arasında hərbi əməkdaşlıqlar, silah tədarükü məqsədi ilə bir xeyli görüşlər keçirilib. İndi görünür Hİndistan o silahların İrana çatdırılması üçün fəaliyyətini intensivləşdirib.

Kadrlardan da aydın görünür ki, Ermənistana faktiki olaraq silah və hərbi texnika ilə sürətli şəkildə təchiz edilməyə başlanılıb. Görünür, rəsmi Bakının Dehlini Ermənistan ordusunun yenidən silahlandırılmasına və Ermənistanın hərbi-siyasi rəhbərliyində mümkün qisas illüziyasının yenidən baş qaldırmasına rəvac verəcək addımlardan çəkinməsi ilə bağlı xəbərdarlıqları qarşı tərəf bir o qədər ciddiyə almayıb.

Ermənistanın müxtəlif kanallar vasitəsi ilə sürətlə silahlandırıldığını əks etdirən kadrlardan bir daha bu qənaətə gəlmək olur ki, Azərbaycanın Laçın yolunun başlanğıcında Nəzarət Buraxılış Məntəqəsi quraşdırması çox düşünülmüş və strateji əhəmiyyətli qərardır. Demək ki, Azərbaycanın indi fəaliyyətdə olan bu buraxılış məntəqəsi olmasaydı, belə nəticə çıxır ki, Hindistandan İran ərazisindən keçməklə Ermənistana silahlar daşınılırsa, bu silah-sursatın, hərbi texnikanın bir qismi Qarabağdakı qondarma rejim qalıqlarının əlinə düşə bilərdi və yaxud da Ermənistan hərbi-siyasi rəhbərliyi əvvəllər (Laçın sərhəd buraxılış məntəqəsi qurulmamışdan öncə - Rusiya sülhməramlılarının nəzarətində olduğu dövrdəki kimi) olduğu kimi yenidən qondarma rejimi bu hərbi texnikalarla təchiz etməyə davam edə bilərdilər.

Amma fakt faktlığında qalır ki, bu gün Ermənistan istəsə də bu silahları Qarabağdakı qondarma rejim qalıqlarına ötürə bilməyəcək. Çünkü Prezident İlham Əliyevin vaxtında verdiyi qərar əsasında Laçın yolunun başlanğıcında bu Nəzarət Keçid Məntəqəsi quruldu ki, bu da Qarabağ separatçılarının revanş məqsədi ilə yeni hərbi təxribatlarla əllərinin gücləndirməsinə mane oldu. Bu isə o deməkdir ki, artıq bu tipli "yüklər" heç cürə separatçılara çata bilməyəcək.

Proseslər deməyə əsas yaradır ki, Azərbaycana qarşı Ermənistan heç də sülh ritorikasında səmimi deyil. Bu sadəcə, dünya ictimaiyyətini aldatmaq, silahlanmaq, yeni eskalasiya üçün vaxt qazanmaq məqsədi ilə növbəti erməni yalanlarıdır. Amma Ermənistan hərbi-siyasi rəhbərliyi gərək yenə də 3 il əvvəlki aqibətlərini gözlərinin önünə gətirsinlər. Çünkü həmən zaman da Ermənistanı Rusiya, İran və digər ölkələr silahlandırırdılar. Nəticə isə hər kəsə məlumdur. O hərbi texnikalar indi Bakıdakı Hərbi Qənimətlər Parkında ziyarətçilərin ixtiyarına verilib. Böyük ehtimalnan bu qənimətlərin sırasında Hindistan istehsalı silahları görmək qismətimizdə var. Bakı hər ssenariyə hazırdır, bəs İrəvan növbəti eskalasiya hazırlığının nəticələrini aradan qaldırmağa hazırlaşır?!

Təchizatların İrandan keçməsi də bizi qəti təəccübləndirmir. Klerikal rejimin uzun müddət beynəlxalq münasibətlərdə kənarda qalmasına baxmayaraq, bu, Dehlini qətiyyən narahat etmir. Şəxsi heç nə yoxdur - geosiyasi maraqlar ön plandadır. 45 ildir ki, dünya müsəlmanlarının mənafeyini, Azərbaycanla qardaşlıq əlaqələrini müdafiə etdiklərini qışqıran molla rejimi çoxdan Ermənistanla qardaşlaşıb və buna görə də Azərbaycanla bağlı hər məsələdə İrəvana dəstəyini nümayiş etdirir. İran çox çalışsa da ki, özünü məsum göstərsin, amma yenə də əsl simasını gizlədə bilmir ki, bilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti