...

ADA Universiteti Xorvatiya Diplomatik Akademiyası ilə memorandum imzalayıb (FOTO)

Siyasət Materials 6 Sentyabr 2023 14:40 (UTC +04:00)
ADA Universiteti Xorvatiya Diplomatik Akademiyası ilə memorandum imzalayıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti ilə Xorvatiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin Diplomatik Akademiyası arasında anlaşma memorandumu imzalanıb.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkə hesabında bildirilib.

Qeyd edilib ki, anlaşma memorandumu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiyaya rəsmi səfəri çərçivəsində imzalanıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xorvatiya Respublikasına rəsmi səfərə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti