...

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti anlaşılan deyil

Siyasət Materials 10 Sentyabr 2023 17:06 (UTC +04:00)
Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti anlaşılan deyil
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti anlaşılan deyil və həmin fəaliyyət onun daşıdığı missiya, təyinatla qeyri-adekvatlıq təşkil edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

O qeyd edib ki, bu təşkilat əslində indiki həssas məqamda müstəqil obrazını qorumalı, gərəkəni etməli, hadisələrə sırf humanist, barışdırıcı, sülhpərvər mövqedən yanaşmalı idi.

“Amma nə təəssüf ki, gedişatda biz bunun tam əksini görürük və aydın olur ki, BQXK öz funksiyasını nəinki tam, heç yarımçıq formada belə icra etmir, edə bilmir. Üstəlik, qəsdən. Məkrli qüvvələrin sifarişi ilə!”, - deyə deputat əlavə edib.

O qeyd edib ki, məsələ burasındadır ki, BQXK elə müharibə dövründə də pozuculuq fəaliyyəti ilə məşğul olub, öz maşınları ilə erməniyə silah daşıyıb, eyni zamanda kəşfiyyat məlumatları toplayıb.

“Ona görə də bundan sonra onun səmimiliyinə, düzgünlüyünə, tərəfsizliyinə inanmaq mümkün deyil. Üstəlik, kimsə qarant verə bilməz ki, BQXK bundan sonra öz missiyasına və humanitar təyinatına uyğun davranacaq. Əksinə, qarant budur ki, davranmayacaq. Çünki artıq əsl üzlərini gördük! Bunlar humanizm adı altında terrorizmə dəstək verirlər. Bərdədəki maşınların ləngidilməsi və məqsədli şəkildə vəziyyəti gərginləşdirməyə yönəlik növbəti cəhdlər dediyimin sübutudur”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti