...

Qırğızıstan Azərbaycanın suverenliyini dəstəkləyir - Qırğızıstan XİN

Siyasət Materials 12 Sentyabr 2023 21:24 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Qırğız Respublikası Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edir.

Trend xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilib ki, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığını qətiyyətlə müdafiə edən Qırğız Respublikası bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi və diplomatik vasitələrlə həllinə çağırır.

Xatırladaq ki, Qarabağ separatçıları sentyabrın 9-da qondarma “prezident seçkiləri” keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti