...

Putin Paşinyanın zənglərinə cavab verməkdən imtina edib

Siyasət Materials 15 Sentyabr 2023 11:14 (UTC +04:00)
Maryana Əhmədova
Maryana Əhmədova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.

Trend xəbər verir ki, erməni jurnalistlər Paşinyanın son günlər kimə zəng etdiyini aydınlaşdırıb və baş nazirin "Putinlə daimi təmasda olduğuna" dair iddialarını təkzib ediblər.

Sentyabrın 9-da baş nazir Paşinyan ABŞ dövlət katibi ilə, Fransa prezidenti ilə, Almaniya kansleri ilə, İran prezidenti ilə və Gürcüstanın baş naziri ilə telefon danışığı aparıb.

Ermənistan hökumətindəki mənbələr bildirib ki, Paşinyan Putinə zəng edib, lakin Kremldə onun zənginə cavab verməyiblər və bundan sonra o, Rusiya liderinə məktub göndərib.

Qeyd edək ki, bir müddət əvvəl Paşinyan bildirib ki, Rusiya "Cənubi Qafqazda hər hansı tədbir görməklə və ya görməməklə regiondan uzaqlaşır".

"Müəyyən proseslər belə bir fikir yaradır ki, bir gün sadəcə oyanacağıq və Rusiyanın burada olmadığını görəcəyik", - o deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti