Bakı. Trend:
Lazım gələrsə, Avropa İttifaqı ilə yollarımızı ayıra bilərik.
Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə səfər etməzdən öncə jurnalistlərə açıqlamasında deyib.
"Avropa İttifaqı Türkiyədən qopmağa çalışır. Avropa İttifaqının Türkiyədən qopmaq üçün addımlar atdığı bu dövrdə biz də bu hadisələrə qarşı qiymətləndirməmizi edəcəyik və bu qiymətləndirmələrdən sonra lazım gələrsə Avropa Birliyi ilə yollarımızı ayıra bilərik", - deyə R.T.Ərdoğan bildirib.