...

Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-nun İrs Siyahısına daxil edilməsinə qarşı çıxıb (FOTO)

Siyasət Materials 18 Sentyabr 2023 22:54 (UTC +04:00)
Ermənistan Azıx və Tağlar mağaralarının UNESCO-nun İrs Siyahısına daxil edilməsinə qarşı çıxıb (FOTO)

Trend-i buradan izləyin

Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə “X” hesabında bildirib.

“UNESCO-nun Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin 45-ci sessiyasında Ermənistan Azərbaycandakı Azıx və Tağlar mağaralarının Dünya İrsi Siyahısına daxil edilməsinə qarşı çıxıb. Bu Ermənistanın ərazi iddialarının davam etdiyini göstərir”, - deyə qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti