...

Separatçıların "rəhbərləri" özlərini İFŞA ETDİ - Onlar haradadır?

Siyasət Materials 19 Sentyabr 2023 15:39 (UTC +04:00)
Separatçıların "rəhbərləri" özlərini İFŞA ETDİ - Onlar haradadır?
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Separatçıların "başçılarının" Xankəndidə yerləşən xəstəxanalardan birində gizləndikləri barədə məlumat vermişdik. Erməni teleqram kanallarının sosial şəbəkə seqmentində yayılan məlumatlardan məlum olub ki, bu iddia tamamilə həqiqətdir.

Azərbaycan ordusunun zərbələrindən gizlənməyə çalışan separatçılar Əsgərandakı xəstəxanaya sığınıblar. Qondarma rejim qalıqları Azərbaycan Ordusunu tərəfindən məhv edilməmək üçün saxta məlumatlarla hədəf olmaqdan yayınmağa çalışırlar.

Bu səbəbdən də bəzi erməni sosial media resurslarında guya Azərbaycan Ordusunun bölmələrinin mülki obyektləri atəşə tutması barədə yayılan məlumatlar tamamilə yalandır, dezinformasiya xarakteri daşıyır. Ümumiyyətlə Azərbaycan ordusu mülki obyektləri hədəf almır. Bölmələrimiz tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır, yüksək dəqiqlikli silahların tətbiqi ilə yalnız legitim hərbi hədəflər sıradan çıxarılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin də məlumatlarında qeyd olunub.

Xatırladaq ki, 3 il əvvəl - İkinci Qarabağ müharibəsi də Azərbaycan Ordusunun hədəfinin nə, kim olduğunu göstərmişdi. Azərbaycan əsgərinin evdə tərk edilmiş erməni ailəsinin azyaşlı övladının həmin kadrlar bu günə qədər danışılır. Azərbaycan əsgərinin erməni uşağa qayğı ilə yanaşması, apardığımız savaşın onlarla heç bir aidiyyatı olmadığını, bizim müharibəmizin, anti-terror əməliyyatlarımızın işğalçı qüvvələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı birləşmələri olduğunu təsdiq edir.

Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Bir daha qeyd edək ki, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti