...

Ermənilərdən Azərbaycan konsulluğuna qarşı TƏXRİBAT (FOTO)

Siyasət Materials 20 Sentyabr 2023 12:11 (UTC +04:00)
Ermənilərdən Azərbaycan konsulluğuna qarşı TƏXRİBAT (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Erməni Azərbaycanın Los-Ancelesdəki konsulluğunun binasına və onun ətrafına boya töküb.

Trend xəbər verir ki, təxribatçı, həmçinin, qapını bağlamağa cəhd edib.

Hadisə baş verən zaman ərazidə polis əməkdaşları görünməyib. Mütəxəssislər bildiriblər ki, ötən illərin təcrübəsinə əsasən, Los-Ancelos polisi və uyğun qurumlar Baş Konsulluğun təhlükəsizliyini gücləndirmək üçün əlavə tədirlər görə bilərdi.

Ermənilər daha öncə də öz xislətlərinə uyğun olaraq Azərbaycan səfirliklərinə, konsulluqlarına hücum edərək, təxribat törətməyə cəhd ediblər.

Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.

Tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də, döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılır. Mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti